...

Qarabağ Naminə Ümumdünya Azərbaycan Gənclər Konqresi Demokratik Hərəkat Gənclər Birliyi adlanacaq

Siyasət Materials 5 Dekabr 2005 16:41 (UTC +04:00)

"Qarabağ Naminə Ümumdünya Azərbaycan Gənclər Konqresinin (QNÜAGK) adı növbəti qurultayda dəyişdirilib Demokratik Hərəkat Gənclər Birliyi (DHGB) adlanacaq". Bu barədə Trend ə qurultaya hazırlıqla bağlı yaradılan təşkilat komitəsinin rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev onu da bildirib ki, Qarabağ Naminə Ümumazərbaycan Gənclər Konqresi qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədiyindən bu addımı atmaq məcburiyyətində qalıblar: "Yeni ad altında yeni yaradacağımız təşkilat daha fərqli olacaq. Konqresdən fərqli olaraq DHGB-yə üzvülük fərdi qaydada həyata keçiriləcək".

Təşkilat komitəsinin rəhbəri onu da vurğulayıb ki, qurultayın yanvarın ilk on günlüyündə keçirilməsi nəzərdə tutulub: "Qurultaydan sonra təşkilatın nizamnaməsi Ədliyyə Nazirliyinə təqdim olunacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti