...

Azərbaycan və Mərkəzi Asiya ölkələri SPECA çərçivəsində əməkdaşlığın tərəfdarıdır

Siyasət Materials 9 Dekabr 2005 12:49 (UTC +04:00)

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadiyyatın inkişafı üzrə BMT-nin Xüsusi Proqramının Əlaqələndirmə Şurasının (SPECA) fəaliyyətinin fəallaşdırılması təşəbbüsünü dəstəkləyir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN-nin mətbuat mərkəzində məlumat verilib. Söhbət bu yaxınlarda Bakıda Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Azərbaycanın, o cümlədən BMT İP və AİB nümayəndələrinin iştirak etdiyi Əlaqələndirmə Şurasının 1-ci iclasından gedir.

Azərbaycan struktura üzv ölkələrin informasiya texnologiyaları üzrə potensialının artırılması, SPECA proqramlarının həyata keçirilməsinə donorların cəlb olunması, digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi təşəbbüsünü dəstəkləyir.

İclasın sonunda Əfqanıstanın SPECA-ya üzvlüyünə dair qərar qəbul olunub, işçi qruplarının hesabatı təsdiqlənib, bir sıra yeni layihələrə baxılıb. Həmçinin, 2006-cı ilin iyun ayında Bakıda SPECA idarə heyəti Şurasının 1-ci iclası və iqtisadi forumun keçirilməsi üzrə hazırlıq işləri müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti