...

Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

Siyasət Materials 9 Dekabr 2005 19:26 (UTC +04:00)
Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da Rövnəq Abdullayevi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin olunması barədə sərəncam imzalayıb.

O əvvəllər Heydər Əliyev adına (keçmiş "Azəryanacaq") Neft Emalı Zavodunun rəhbəri olub.

Abdullayev Rövnəq İbrahim oğlu - 1965-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakultəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, 1985-ci ildə köçürmə yolu ilə I.I.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilmiş, 1989-cu ildə həmin institutu bitirib "Neft Daşları"nda işə başlamışdır. 1990-cı ildən "28 May" NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis işləmiş, 1991-ci ildən isə "Xəzərdəniznefqaztinşaat" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildən isə həmin idarənin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1997-ci ildən "Xəzərdəniz-neftqaztikinti" trestinin müdiri vəzifəsində işləmiş, 31 mart 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərneftyanacaq" neft emalı zavodunun direktoru vəzifəsinə təyin olunmuşdur

Xəbər lenti

Xəbər lenti