...

Martda Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə mini-plan qəbul ediləcək

Siyasət Materials 13 Dekabr 2005 18:39 (UTC +04:00)

Mart ayında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə 6 aylıq dövrü əhatə edən mini-planı qəbul ediləcək. Trend in məlumatına görə bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

Onun sözlərinə görə, plan NATO ilə fərdi əməkdaşlıq planı çərçivəsində qəbul ediləcək. O, siyasi və ümumi təhlükəsizlik məsələlrində, müdafiə sahəsində, ekologiya və elm sahəsində əməkdaşlıq, informasiya mübadiləsi kimi sahələri əhatə edəcək. Nazir müavinini sözlərinə görə, Azərbaycanın NATO ilə daha səmərəli əməkdaşlıq etməsi üçün daha sərfəli şərait, terrorizmlə mübarizədə tərəfdaş ölkələr üçün yeni imkanlar lazımdır. A.Əzimov dekabrın 7-8-də Brüsseldə Avro Altantika tərəfdaşlıq Şurasının XİN rəhbərlərinin növbəti iclasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, tərəfdaş ölkələr əsas transatlantik siyasi problemləri müzakirə ediblər. Diplomat qeyd edib ki, Azərbaycanın milli maraqlarının müəyyən etdiyi öz siyasəti var. O bildirib ki, Azərbaycan bu beynəlxalq struktura uğurla inteqrasiya olunur və bu kurs dava etdiriləcək.

A.Əzimov həmçinin, bildirib ki, bu həftənin sonunda Bakıya Avropa Birliyinin 16-17 ekspertinin də daxil oloduğu böyük bir nümayəndə heyəti gələcək və Azərbaycanın AB Yeni Qonşuluq Siyasətində rolu detallarına qədər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti