...

Müasir Müsavat Partiyasının sədr müavini sədrini məhkəməyə verib

Siyasət Materials 20 Dekabr 2005 12:20 (UTC +04:00)

"Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev partiyanın nizamnaməsinə zidd olaraq və heç bir səbəb göstərmədən məni vəzifəmdən azad etdiyinə, mənə böhtan atdığına görə onu Nərimanov rayon məhkəməsinə vermişəm". Bu barədə Trend ə adıçəkilən partiyanın sədr müavini İntiqam Məmmədov bildirib.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev İ.Məmmədovu dələduzluq və partiyanın adından sui-istifadə etdiyinə görə tutduğu vəzifədən azad edib. Partiyanın qərargahına gəlib xuliqanlıq etdiyinə görə, Nərimanov rayon 18 saylı polis bölməsində barəsində cinayət işi qaldırılıb.

İ.Məmmədov isə H.Hacıyevin dediklərini təkzib edib: "Dörd ildir ki, partiyanın quruculuğunda fəal iştirak etmişiəm. Vəzifəmdən çıxarılmağımın səbəbini öyrənmək üçün qərargaha gəldim. Lakin sədr məni qəbul etmədi. Polis çağırdı". İ.Məmmədov qeyd edib ki, o, İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Sədrin müavini vəzifəsinə qurultayda seçilib: "Hafiz Hacıyev məni vəzifəmdən azad etmək səlahiyyətində deyil. Bunun üçün Siyasi Şura və İdarə Heyətinin qərarı lazımdır".

İ.Məmmədov onu da bildirib ki, H.Hacıyevin Xanlar rayonunda 150 hektar torpaq sahəsi olduğu halda onun 12 sot torpaq aldığını cinayət hesab edib: "Mən həmin rayonda doğulub boya-başa çatmışam. Məgər ev tikmək üçün haqqım yoxdur oradan torpaq sahəsi alam?".

Xəbər lenti

Xəbər lenti