...

Etibar Məmmədov Əli Əliyevin müraciətinə hələ cavab vermir

Siyasət Materials 26 Dekabr 2005 15:37 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla təkbətək görüşlə bağlı etdiyim müraciətlərə cavab yoxdur". Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

Qeyd edək ki, AMİP-də yaranan məlum anlaşılmazlıqlara aydınlıq gətirməkdən ötrü Ə.Əliyev partiyanın lideri E.Məmmədovla təkbətək görüşmək üçün dəfələrlə ona müraciət edib. Lakin AMİP lideri partiya sədri ilə görüşmək fikrində deyil.

Ə.Əliyev onu da bildirib ki, hətta E.Məmmədova mətbuat vasitəsilə də müraciət ünvanlayıb. Ancaq hələlik cavab yoxdur. Ə.Əliyev dekabrın sonunadək partiyanın aparat işçiləri ilə birlikdə rayonlara səfər edəcəyini də bildirib. O, səfərin məqsədi ilə bağlı yalnız bunu deyib: "Yeni il ərəfəsində partiya fəalları ilə bayramlaşmaq istəyirəm".

Xəbər lenti

Xəbər lenti