...

Ukraynanın yeni səfiri yanvarın sonuna qədər Azərbaycana gələcək

Siyasət Materials 16 Yanvar 2006 13:18 (UTC +04:00)

Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Stepan Volkovetski yanvarın sonuna qədər Azərbaycana gələcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima məlumat verib.

Qeyd edək ki, S.Volkovetski bu posta 2005-ci ilin noyabrında təyin olunub. İ.Kizima bildirib ki, Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri ölkəsindəki hökumət böhranı ilə əlaqədar təxirə salınıb. Onun sözlərinə görə, səfər Ukrayna üçün münasib vaxtda həyata keçiriləcək.

Diplomat, həmçinin, qeyd edib ki, Azərbaycan-Ukrayna hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası da təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti