...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı yanvarın 19-da yürüş keçirəcək

Siyasət Materials 18 Yanvar 2006 13:23 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı yanvarın 19-da saat 14.00-da Əzizbəyov heykəlinin qarşısından Şəhidlər Xiyabanına qədər yürüş edəcək. Trend xəbər verir ki, yürüş 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunacaq.

Adıçəkilən hərəkat qanlı 20 Yanvar faciəsi ilə bağlı şəhidlərin xatirəsinə həsr olunan on min ədəd təqvim çap etdirib. Təqvimlər Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı və paytaxt Bakının bütün rayonlarında, həmçinin, 30 ümumtəhsil məktəbində ictimaiyyətə paylanacaq.

Xəbər lenti

Xəbər lenti