...

Ümid Partiyası AXCP-ni ona şər-böhtan atmaqda ittiham edir

Siyasət Materials 1 Fevral 2006 17:05 (UTC +04:00)

Ümid Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP-islahatçılar) ondan üzr istəməyə çağırır. Trend in məlumatına görə, Ümid Partiyası AXCP ilə bağlı bəyanat yayıb və bu partiyanı yalançılıqda, şər-böhtan atmaqda ittiham edib.

Ümid Partiyasının məlumatında bildirilir ki, AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyevin bir müddət əvvəl verdiyi açıqlamaları ilə seçkiqabağı "Ümid"in sədri, millət vəkili İqbal Ağazadənin əleyhinə təbliğat aparıldı, onun nüfuzuna kölgə salmağa cəhd göstərildi. Ramiz Tağıyev indi yenə də danışır və çıxışları əvvəl söylədiklərindən heç nə ilə fərqlənmir. O, AXCP sədrini partiyanı zorakılıqla ələ keçirməkdə ittiham edir və möhtəşəm qurultay keçirməklə partiyanın Əli Kərimli tərəfindən zəbt edilməsi prosesinə son qoyacağını bəyan edir.

"Bizə böhtan atdığınıza görə və iki aya yaxın əleyhimizə təbliğat apardığınıza görə bəlkə bizdən rəsmi olaraq üzr istəyəsiniz. Yoxsa bizim bilmədiyimiz daha yeni oyunlar oynayırsınız? Ancaq unutmaq lazım deyil ki, başqasına quyu qazan özü düşər"-deyə Ümid Partiyasının AXCP-yə ünvanladığı bəyanatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti