...

Arif Hacılı: "Bizi ittiham edənlər səhv etdiklərini başa düşəcək"

Siyasət Materials 6 Fevral 2006 15:36 (UTC +04:00)

"Gələcəkdə müxalifətin yeni inteqrasiyasını həyata keçirməyi planlaşdırmışıq". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavaini Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, təmsil etdiyi partiyanın təkrar seçkilərdə iştirakla bağlı qəbul etdiyi qərar "Azadlıq" blokunda psixoloji problem yaradıb: "Biz bunu əvvəlcədən görürdük. Ancaq bir neçə aydan sonra məlum məsələ ilə bağlı qəbul etdiymiz qərarın demokratiyanın inkişafına xidmət etdiyi hamıya məlum olacaq. İndi bizi bu məsələdə ittiham edənlər səhv etdiklərini başa düşəcək".

Müsavat rəsmisi onu da bildirib ki, təkrar seçkilərdə iştirak etməklə bağlı qərar qəbul etməklə yeni siyasi mərhələyə qədəm qoyublar: "Biz müxalifətin inteqrasiyasının tərəfdarıyıq. Gələcəkdə cəmiyyətdə mövqeyi olan müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətindədyik. "Azadlıq" blokunda təmsil olunan partiyaları da cərgəmizdə görmək istəyirik", - deyə A.Hacılı qeyd edib.

Xəbər lenti

Xəbər lenti