...

Azərbaycana səfər edəcək Avropra Şurasının nümayəndə heyəti martın 8-9-da müəyyənləşdiriləcək

Siyasət Materials 8 Fevral 2006 19:44 (UTC +04:00)

Avropa Şurasının Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibi qurumun Monitorinq Komitəsinin martın əvvəllərində keçiriləcək iclasında məlum olacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlama verib.

O, bildirib ki, Avropa Şurasının qış sessiyasından sonra Monitorinq Komitəsinin ilk iclası martın 8-9-da keçiriləcək. Həmin iclasda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibi, ora daxil olan müşahidəçilər müəyyənləşdiriləcək. Qeyd edək ki, Avropa Şurasının nümayəndə heyəti bu il mayın 13-də keçiriləcək təkrar parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfər edəcək.

Səməd Seyidov onu da bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə dörd nəfər müxalifətçi deputatdan ikisi təkrar paralment seçkisindən sonra seçiləcək: "Avropa Şurasında nümayəndə heyəti dörd nəfər iqtidar, dörd nəfər müstəqil, dörd nəfər də müxalifət nümayəndlərindən ibarət formalaşır. İqtidar partiyasını təmsil edən deputatlar və müstəqil deputatlar artıq var, müxalifətdən isə iki nəfər məlumdur. Digər iki yerə isə kimin seçiləcəyi 13 may seçkisindən sonra məlum olacaq. Onları isə parlament seçəcək"-deyə S.Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti