...

MSK təkrar seçkilərlə əlaqədar bu həftə rəsmi KİV-də maarifləndirmə proqramına başlayır

Siyasət Materials 9 Fevral 2006 15:02 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə əlaqədar bu həftə maarifləndirmə proqramına başlayır. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

MSK bu proqramını Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və rəsmi dövlət qəzetləri vasitəsilə həyata keçirəcək. Belə ki, bu həftənin şənbə günündən başlayaraq MSK-nın hüquqşünasları AzTV-də çıxışlar edəcək. Həmçinin rəsmi qəzetlərdə müsahibələr, məqalələr dərc olunacaq. Televiziyada çıxışların vaxtını AzTV rəhbərliyi müəyyən edəcək. İlk çıxışı MSK-nın katibi Natiq Məmmədov edəcək. O, təkrar seçkilərin keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verəcək.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov maarifləndirici proqram üzrə 10 mövzunu təsdiq edib. Televiziya və qəzetlərdə həmin mövzuların şərh edilməsi təkrar seçkilərlə əlaqədar bütün vətəndaşları, seçiciləri və namizədləri məlumatlandırmaq, maarifləndirmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti