...

Etibar Məmmədovun lider olduğu AMİP təkrar seçkilərdə iştirakı zəruri hesab edib

Siyasət Materials 15 Fevral 2006 15:53 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 2005-ci il 6 noyabr parlament seçkilərində iştirak etməsi ilə bağlı qərarı qüvvədədir. Bu barədə Trend ə Etibar Məmmədovun lideri olduğu AMİP-in təşkilat katibi Rəşad Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilər 6 noyabr seçkilərinin davamı olduğundan AMİP-də bu prosesdə iştirak etməməklə bağlı məsələ müzakirə olunmayıb: "Qurultaya hazırlıqla bağlı partiya rəhbərliyinin ezam edildiyi rayon təşkilatlarında təkrar seçkilərə qatılmaqla bağlı üzvlərimizin rəyi öyrənilib. Rayon təşkilatlarının rəhbərləri təkrar seçkilərdə iştirak etməyin zəruriliyini vurğulayıb".

Partiyanın təşkilat katibi onu da bildirib ki, bu məsələ Siyasi Şurada və Mərkəzi Şurada müzakirə ediləcək: "Partiyanın qərarına hörmətsizlik edən şəxsin aqibəti Əli Əliyevin aqibəti kimi ola bilər". R.Bayramov vurğulayıb ki, qurultaya hazırlıqla bağlı bu günədək 50 rayon təşkilatında görüşlər keçiriblər. Həftənin sonunda Şəki-Qax-Balakən-Zaqatala və Xızı-Siyəzən-Dəvəçi-Quba-Qusar zonalarında olacaqlar.

Xəbər lenti

Xəbər lenti