...

Təkrar seçkidə 113 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, bir nəfər qeydə alınıb

Siyasət Materials 15 Fevral 2006 18:41 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak edən 113 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Namizədliyi təsdiqlənən şəxslərdən 111 nəfəri dairə seçki komissiyalarından (DSK) imza vərəqələrini götürüb.

Onlardan 8 nəfəri imzatoplama kampaniyasını artıq başa çatdırıb və imza vərəqələrini DSK-lara təhvil veriblər. 1 nəfərin - 103 saylı Gədəbəy seçki dairəsindən seçkiyə bitərəf kimi qatılan Azad Sultanovun namizədliyi rəsmən qeydə alınıb. Bu şəxs təkrar seçkidə namizədliyi qeydə alınan ilk iddialıdır.

Siyasi mənsubiyyətinə görə namizədliyini irəli sürən 113 nəfər arasında bitərəflər üstünlük təşkil edir. 17 nəfər Yeni Azərbaycan Partiyasının (YAP), qalanları digər partiyaların təmsilçiləridir.

27 nəfər -9 saylı Binəqədi ikinci, 21 nəfər 31 saylı Suraxanı ikinci, 7 nəfər- 38 saylı Nizami-Gəncə, 14 nəfər - 42 saylı Sumqayıt ikinci, 8 nəfər - 44 saylı Sumqayıt-Abşeron, 6 nəfər - 69 saylı Cəlilabad-Biləsuvar-Masallı, 6 nəfər -103 saylı Gədəbəy, 7 nəfər - 106 saylı Qazax-Tovuz-Ağstafa, 8 nəfər - 110 saylı Zaqatala, 9 nəfər isə 119 saylı Ağdam kənd seçki dairəsindən namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti