Gələn həftə "Quş qripi" ilə mübarizə sahəsində İsrail mütəxəssisləri Azərbaycana gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 17-də Bakıda keçirilmiş mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Artur Lenk məlumat verib.
"Səfər Dünya Bankının proqramı çərçivəsində həyata keçirilir" - deyə diplomat bildirib. O qeyd edib ki, İsraildə "H5N1" virusunun profilaktikası sahəsində böyük təcrübəyə malik ekspertlər var.