...

Azərbaycanın parlament nümayəndə heyəti Venaya gedir

Siyasət Materials 20 Fevral 2006 20:48 (UTC +04:00)

Azərbaycan parlamentinin sədr müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-də Venaya gedəcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin mətbuat xidmətində bildirilib.

Səfərin məqsədi NATO Parlament Assambleyasının qış sessiyasında iştirak etməkdir. Təhlükəsizlik, ətraf mühitin mühafizəsi, demokratiyanın inkişafı və digər məsələlər müzakirə ediləcək. Azərbaycan missiyası çıxışlarla yanaşı Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaymaq niyyətindədir.

Missiyanın tərkibinə parlamentin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, insan hüquqları parlament daimi komissiyasının sədri Rəbiyət Aslanova, regional məsələlər parlament daimi komissiyasının sədr müavini Fəttah Heydərov və digərləri daxildir. Nümayəndə heyəti Bakıya fevralın 26-da qayıdacaq.

Xəbər lenti

Xəbər lenti