...

Vladimir Putin: Rusiya və Azərbaycanın qarşılıqlı münasibətlərində müsbət cəhət bütün regionda geosiyasi sabitlik amilidir

Siyasət Materials 21 Fevral 2006 20:47 (UTC +04:00)
Vladimir Putin: Rusiya və Azərbaycanın qarşılıqlı münasibətlərində müsbət cəhət bütün regionda geosiyasi sabitlik amilidir

Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin müsbət cəhəti bütün regionda geosiyasi sabitlik amilidir. Trend bildirir ki, fevralın 21-də Azərbaycanda Rusiya İlinin açılış mərasimində RF prezidenti Vladimir Putin bu barədə bəyan edib.

Onun sözlərinə görə, tərəflər postsovet məkanında hələ yeni perspektivli kooperasiya modellərini axtarmalı və həyata keçirməli, istər ikitərəfli imkanlardan, istərsə də inteqrasiya proseslərindən tamamilə faydalanmalıdır.

Bakıda Rusiya milli sərgisinin açılışı barədə danışarkən V.Putin deyib ki, "sərgi Rusiyanın yeni müasir nailiyyətlərinə baxış olmağı vəd etməklə yanaşı, həm də tarixən yaxın olan dövlət və xalqların bərabər hüquqlu, qarşılıqlı fayda yaradan əməkdaşlığına yeni impuls verməyə yönəlib. Əsrlər boyunca mehriban münasibətləri qoruyub saxlamış xalqlar bu ənənəni nəsildən-nəslə ötürüb".

Rusiya prezidenti əmin olduğunu bildirib ki, Azərbaycanda Rusiya İlinin proqramı RF-də ötən Azərbaycan İli qədər əhəmiyyətli olacaq. "Rusiyada Azərbaycan İli göstərdi ki, xalqlarımızın taleyi bir-biri ilə necə sıx bağlıdır, onların sülh şəritində bir-biri ilə dostcasına yaşamaq, qarşılıqlı birgə inkişafa yardım etməklə bir-birini zənginləşdirmək səyləri necə güclüdür.Burada təəccüblü heç nə yoxdur - axı əsrlər boyu rusiyalılar və azərbaycanlılar mənəvi dəyərlərlə yaxından tanış olmaqda, milli və dinlərarası münasibətlərdə qarşılıqlı ehtiram və tolerantlıq nümayiş etdirməkdə bir-birinə böyük anlayış göstərib" -deyə o qeyd edib. V.Putinin sözlərinə görə, tərəflər birgə genişmiqyaslı iqtisadi öhdəliklərin həllində, o cümlədən Xəzərin neft mədənlərinin qurulması və Sibir yataqlarının mənimsənilməsində bir çox nailiyyətlər əldə edib.Rusiya dövlətinin başçısı həm də vahid humanitar məkanın möhkəmləndirilməsi, gənclər təşkilatlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində ölkənin maraqlı olduğunu bəyan edib. MDB ölkələrinin yaradıcı və elm xadimlərinin yazda Moskvada keçirilməsi planlaşdırılan ilk forumunu nümunə göstərən V.Putin qeyd edib ki, bu tədbir "birgə humanitar layihələr, MDB məkanında ümumi, yeniləşmiş təhsil, elm və mədəni xidmətlər bazarının açılışı, Birliyin bütün ölkələrində insan kapitalının inkişafı üçün ilkin nöqtə olacaq".

RF prezidenti həm də bildirib ki, tezliklə Bakıda ilk beynəlxalq rus kitabı festivalı keçiriləcək ki, bu da Azərbaycanda Rusiya İlinin ən unudulmaz hadisələrindən biri olacaq.

Xəbər lenti

Xəbər lenti