...

DAK ilk etiraz aksiyasını Türkiyənin "Taksi" meydanından başlayıb

Siyasət Materials 22 Fevral 2006 17:01 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) "DAK terrora yox deyir" devizi altında fevralın 22-də Türkiyənin "Taksi" meydanında mitinq keçirib. Bu barədə "Trendə" DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib.

Ə.Nicat qeyd edib ki, Bakı vaxtı ilə saat 15.00-da başlayan mitinqə Türkiyədə fəaliyyət göstərən bir sıra təşkilatlar da qatılıblar: "Fevralın 24-də isə Brüsseldə Avropa Birliyi qərargahında elmi-praktik konfrans keçiriləcək. Həmin gün NATO qərargahı qarşısında, ayın 25-də isə Haaqa İnsan Hüquqları Məhkəməsi və Avropanın 15 ölkəsində Ermənistan səfirlikləri qarşısında etiraz mitinqləri keçiriləcək".

DAK rəsmisi onu da bildirib ki, ABŞ-da Ağ Evin və Ermənistan səfirliyi qarşısına qara çələng qoyulacaq. Ə.Nicat əlavə edib ki, DAK-ın təşkil etdiyi etiraz aksiyalarda iştirak etmək üçün Azərbaycandan 120 nümayəndə dəvət olunub. Onların arasında 5 millət vəkili (Qüdrət Həsənquliyev, Həvva Məmmədov, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı və İqbal Ağazadə) də var. Etiraz aksiyalarını keçirməkdə məqsəd Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaqdır.

Xəbər lenti

Xəbər lenti