...

Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 22 Fevral 2006 20:49 (UTC +04:00)

Milli Məclisin sosial siyasət daimi komissiyasının fevralın 22-də növbəti iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda komissiya üzvləri "Hərbi nəqliyyat vəzifəsi haqqında" əsasnamənin təsdiq olunması barədə Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında və "Azərbaycan Respublikası Əmək Məcəlləsinə" dəyişikliklər edilməsi barədə layihələrini müzakirə ediblər. Səslənən irad və təkliflər qəbul edilib.

Hər iki sənədin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması qərar alınıb.

Xəbər lenti

Xəbər lenti