...

Azərbaycan Qıızıl Aypara Cəmiyyətinin 86 illiyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək

Siyasət Materials 28 Fevral 2006 12:39 (UTC +04:00)

1920-ci il martın 10-da general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və o vaxtkı baş nazir Fətəli Xan Xoyskinin dəstəyi ilə təsis edilmiş Azərbaycan Qıızıl Aypara Cəmiyyəti bu il özünün 86 illiyini qeyd edəcək. Qızıl Aypara Cəmiyyətindən Trend ə verilən məlumata görə, təşkilatın yubileyi münasibəti ilə tədbirlər planı hazırlanıb.

Bu plana əsasən, martın 2-də HİV/AİDS və Humanitar Dəyərlər mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında debat təşkil olunacaq. Həmçinin, martın 3-də Bilgəh qəsəbəsində yerləşən qocalar evində tədbir keçiriləcək. Martın 6-da Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə ilk yardım vərdişlərinin nümayişi təşkil olunacaq. Martın 9-da Qızıl Aypara könüllüləri və Xətai rayonunda yerləşən tərbiyə müəssisəsində tərbiyə olunan gənclər arasında voleybol yarışması keçiriləcək. Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində, martın 13-də isə Qafqaz Universitetində qan vermə aksiyası keçiriləcək. Martın 12-də "Ümid yeri" uşaq sığınacağında Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Hərəkatı haqqında uşaqların səhnəciyi təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti