...

Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı qanun layihələri müzakirə olunub

Siyasət Materials 28 Fevral 2006 19:32 (UTC +04:00)

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının fevralın 28-də keçirilən iclasında "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Komissiyanın sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün ölkədə ardıcıl tədbirlər həyata keçirilir, yeni qanunlar qəbul edilir. "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi haqqında qaydalar" Azərbaycan prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq olunduqdan sonra sahibkarlığın inkişafında yeni mərhələ başlanıb və bəzi qanunlara dəyişikliklərin edilməsi zərurəti yaranıb.

"Memarlıq fəaliyyəti haqqında", "Kinematoqrafiya haqqında", "Şəhərsalmanın əsasları haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara təklif olunan dəyişikliklərin də bu sırada olduğunu deyən N.Cəfərov bildirib: "Dəyişikliklərə görə, memarlıq, kinematoqrafiya, nəşriyyat işi və şəhərsalma sahələrində fəaliyyət üçün xüsusi razılıq tələb edilməyəcək".

Millət vəkilləri təklif olunan dəyişikliklərlə əlaqədar rəy və təkliflərini bildirdikdən sonra layihələrin təsdiqlənməsi üçün Milli Məclisin müzakirəsinə çıxarlıması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti