...

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

Siyasət Materials 6 Mart 2006 17:30 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu Xocalı soyqrımı ilə bağlı soydaşlarımızın İranda erməni kilsəsi qarşısında keçirdikləri etiraz aksiyasına polisin müdaxiləsi olub.

BAXCP aksiya nəticəsində həbs edilən 60-a yaxın soydaşımızın azad edilməsi ilə bağlı bəyanat qəbul edib. Partiya eyni zamanda, Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinə daha diqqətlə yanaşmağın, Güney Azərbaycanda - öz tarixi ərazilərində yaşayan soydaşlarımızın ən adi insan hüquqlarının tapdalanmasıyla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələnin qaldırılmasının vacibliyini qeyd edib.

Toplantıda Azərbaycanın Silahlı Qüvvələri ilə bağlı məsələlər də geniş müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti