...

Fəzail Ağamalı: "Ana Vətən Partiyası YAP-ın namizədlərini dəstəkləyəcək"

Siyasət Materials 13 Mart 2006 12:05 (UTC +04:00)

Ana Vətən Partiyası (AVP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək. Bu barədə Trend ə AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalı qeyd edib ki, təkrar seçkilərə qatılmamaqla bağlı qərarın verilməsinə səbəb partiya tərəfindən irəli sürüləcək namizədlərin şansının az olması ilə bağlı olub: "Təkrar seçkilərin bizim üçün çox gərgin keçəcəyini başa düşüb namizədlərimizi vermədik. Çünki namizədlərimizin seçilmək şanslarının az olmasını nəzərə alaraq bundan imtina etdik". Partiya sədri onu da vurğulayıb ki, ancaq təkrar seçkilərə qatılmaq istəyən partiyanın heç bir üzvünə qadağa qoyulmayıb: "Kim bu seçkilərdə qələbə qazanacağına inanırsa, qatıla bilər".

AVP sədri onu da bildirib ki, təkrar seçkilərə qatılmasalar da, YAP-ın namizədlərini dəstəkləyəcəklər: "Artıq bununla bağlı hazırlıq prosesinə başlanılıb".

Xəbər lenti

Xəbər lenti