...

"Azadlıq" bloku Sədrlər Şurasının iclası keçirilib

Siyasət Materials 14 Mart 2006 13:55 (UTC +04:00)

Martın 14-də "Azadlıq" blokunun Sədrlər Şurasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda AXCP sədri Əli Kərimli, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət və AMİP sədri Əli Əliyev iştirak ediblər.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, blokun martın 18-də keçiriləcək Ali Məclisinin ilk iclasının gündəliyi, blokun fəaliyyət proqramı, müxalifətdaxili inteqrasiya və digər məsələlər müzakirə olunub.

Ölkədə neft gəlirlərinin monitorinqi ilə bağlı "Azadlıq" bloku tərəfindən elmi-praktik konfrans keçirilməsi qərara alınıb. Blokun rəhbər strukturlarının, ayrı-ayrı sahələr üzrə komissiyalarının yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti