Martın 14-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Qürbət Əsgərovun sədrliyi ilə Silahlı Qüvvələrin18 hərbçisinin məhkəmə prosesi prokuror Rafiq Cəfərovun çıxışı ilə davam edib. Bu barədə Trend ə hakim Q.Əsgərov məlumat verib.
Prokuror qeyd edib ki, 18 nəfər zabit 2001-2004-cü illərdə hərbi xidmət çağırışçılarından rüşvət almaqla onları hərbi xidmət keçməkdən yayındırıb. Məhkəmə istintaqı ilə sübuta yetirilib ki, 54 çağırışçını bu yolla hərbi çağırışdan yayındıran hərbçilər ümumilikdə 82.200 ABŞ dolları məbləğində rüşvət əldə ediblər. Bundan əlavə, hərbçilərə qarşı vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma ittihamları da məhkəmə yolu ilə sübuta yetirilib.
Prokuror çıxışının sonunda 18 hərbçinin 15-i barədə 3 ildən 9 ilədək azadlıqdan məhrum edimə, 3 nəfər barədə isə isə şərti maliyyə vahidinin 2000 mislindən 4000 mislinə qədər cərimə tutulması cəzası tələb edib.