...

Bakıda Azərbaycan –Gürcüstanın XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 23 Mart 2006 16:08 (UTC +04:00)

Yaxın vaxtlarda Bakıda Azərbaycan və Gürcüsianın XİN-ləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

Məsləhətləşmələrin bu ilin aprel-may aylarında keçiriləcəyi gözlənilir. Gündəliyə iki ölkə arasında siyasi əməkdaşlığın perspektivləri daxil olacaq. Səfirnin sözlərinə görə, tərəflər iki ölkənin xarici işlər idarələri arasında bundan əvvəl başlamış müzakirələri davam etdirəcəklər.

Məsləhətləşmələrin konkret tarixi nümayəndə heyətləri rəhbərlərinin qrafikindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti