...

AXCP sədri ABŞ-ın Kato Universitetinin direktoru ilə görüşüb

Siyasət Materials 24 Mart 2006 18:56 (UTC +04:00)

Martın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli partiyanın qərargahında ABŞ-ın Kato Universitetinin direktoru Tom Palmerlə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratik proseslər barədə müzakirələr aparılıb. Tom Palmer Azərbaycandakı demokratik qüvvələrin ABŞ və digər ölkələrdə tanınmasının əhəmiyyət kəsb etdiyini bildirib.

Qonaq həmçinin qeyd edib ki, rəhbəri olduğu universitet Azərbaycandakı demokratik prosesləri izləyəcək.

Xəbər lenti

Xəbər lenti