...

Gəncədə elektrik enerjisinin pulları yeni üsulla toplanılır

Siyasət Materials 25 Mart 2006 13:52 (UTC +04:00)

Bu gündən başlayaraq abonentlərdən elektrik enerjisinin pulları nəqd yolla deyil, köçürmə yolu ilə yığılacaq. Gəncə şəhər elektrik şəbəkəsinin direktoru Şaiq Qəribovun "Trendə" verdiyi açıqlamaya görə, yeni sistemin tətbiqi indiyə qədər baş vermiş və gələcəkdə gözlənilən neqativ halların qarşısını almaq məsqsədindən irəli gəlib. Qeyd edək ki, yeni yığım üsuluna keçidlə bağlı "Azərenerji" səhmdar cəmiyyəti müvafiq sərəncam imzalayıb. Ş.Qəribov əlavə edib ki, abunəçilər indi yığım pullarını poçt və bank şöbələrinə köçürə bilərlər. Nəzarətçilər isə yalnız mənzillərdəki sayğac göstəricilərini və kabelləri nəzərdən keçirə bilər.

Xəbər lenti

Xəbər lenti