...

"Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici Məşvərət Şurası təkrar seçkilərlə bağlı monitorinqə başlayıb

Siyasət Materials 28 Mart 2006 16:45 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərində "Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici Məşvərət Şurası müşahidə aparacaq və səslərin paralel hesablanmasını həyata keçirəcək. Bu barədə Trend ə Məşvərət Şurasının üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib

O, bildirib ki, 48 təşkilatı birləşdirən Əlaqələndirici Məşvərət Şurası təkrar seçkidə 10 seçki dairəsinin hər birində müşahidə aparacaq. Seçkidən 15-20 gün sonra seçkinin nəticələrinə dair bu müşahidələr əsasında hesabat hazırlanacaq. N.Cəfəroğlu qeyd edib ki, artıq indidən monitorinqlərə başlanılıb. Seçkidə iştirak edən namizədlərin təbliğat kampaniyalarının gedişi, seçiciləri ilə görüşləri müşahidə edilir. Seçkidən sonrakı hesabata həmin müşahidələrin nəticələri də daxil ediləcək.

Seçki günü həmçinin məntəqələrə gələn seçicilərin də siyahısı tutalacaq. Hesabat Azərbaycanın Mərkəzi Seçki Komissiyasına, həmçinin beynəlxalq təşkilatlara təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti