...

Fazil Qəzənfəroğlu: İki müxalifətçi deputat qrupunun görüşməsi ilə bağlı qərarımız yoxdur

Siyasət Materials 29 Mart 2006 15:24 (UTC +04:00)

Parlamentdə ayrı-ayrılıqda fəaliyyət göstərən iki müxalifətçi deputat qrupunun fəaliyyətini koordinasiya edilməsi ilə bağlı məsələ müzakirə edilməyib. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, Milli Məclisdə Pənah Hüseynov daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət "müsavatçı qrup" və 6 müxalifətçi millət vəkilinin toplaşdığı digər qrup fəaliyyət göstərir. İkinci qruppa daxil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə jurnalistlərə bildirib ki, gələn həftə hər iki qrup bir araya gələcək və birgə fəaliyyətin koordinasiya edilməsi məsələsi müzakirə ediləcək.

F.Qəzənfəroğlu bildirib ki, İ.Ağazadənin nəyi nəzərdə tutduğu barədə xəbəri yoxdur: "Belə bir qəraraımız da yoxdur".

Xəbər lenti

Xəbər lenti