...

Düşənbədə MDB DİN başçıları Şurasının növbəti iclası keçiriləcək

Siyasət Materials 30 Mart 2006 11:26 (UTC +04:00)

Aprelin 22-23-də Düşənbədə MDB dövlətləri daxili işlər nazirləri (DİN) Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə komitəsində bildirilib.

İclasın gündəliyinə təxminən 20 məsələ daxildir. Birlik dövlətlərinin DİN başçıları 2006 - 2008-ci illərdə qeyri-qanuni insan ticarəti ilə mübarizə üzrə Dövlətlərarası birgə tədbirlər proqramı layihəsini təsdiq edəcək. İclasın gündəliyinə həmçinin cinayət mühakiməsi iştirakçılarının müdafiəsinə dair Saziş layihəsinin, eləcə də MDB iştirakçısı olan dövlətlərin ərazisinə gəlmiş üçüncü dövlətin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması üçün Vahid sistemin yaradılması ilə bağlı MDB dövlətlərinin birgə işlər görməsi məqsədilə Dövlətlərarası məqsədyönlü proqramın işlənib hazırlanması üzrə Beynəlxalq ekspert işçi qrupunun yaradılmasına dair Qərarın razılaşdırılması kimi məsələlər daxildir.

İclasda MDB üzvü olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndə heyətinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti