...

Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 5 Aprel 2006 13:00 (UTC +04:00)

Aprelin 5-də Bakıya ikigünlük rəsmi səfəri başa çatmış Türkiyə prezidenti Əhməd Necdət Sezər ölkəsinə məxsus BMC markalı təyyarə ilə Ankara yaxınlığındakı Etimesqut hərbi hava limanına uçub.

Səfərinin birinci günü o, Şəhidlər Xiyabanını və keçmiş prezident Heydər Əliyevin qəbrini ziyarət edib, prezident İham Əliyevlə danışıqlar aparıb. Bundan başqa, Türkiyənin dövlət başçısı parlamentin spikeri Oqtay Əsədovla da görüş keçirib.

Aprelin 5-də Ə.N.Sezər baş nazir Artur Rəsizadə ilə görüşüb və Heydər Əliyev adına Fonda baş çəkib.

Xəbər lenti

Xəbər lenti