...

GUAM sammiti mayın sonlarında Kiyevdə keçiriləcək

Siyasət Materials 5 Aprel 2006 15:19 (UTC +04:00)

GUAM təşkilatının (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) növbəti sammitinin Kiyevdə mayın sonlarında keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Hazırda GUAM-ın beynəlxalq təşkilata çevrilməsi üzrə nizamnamə sənədlərinin hazırlanması üzrə ekspertlər işləri aparılır. Bununla əlaqədar, sammitə kimi təşkilata üzv ölkə nümayəndələrinin sammitin gündəliyini və imzalanacaq sənədlərin yekun razılaşdırılması üçün yüksək səviyyədə görüşünün keçirilməsi gözlənilir.

GUAM 1997-ci ildə yaradılıb, 1999-cu ildə isə Özbəkistan ona qoşulub və təşkilat GUÖAM adlanmağa başlayıb. Lakin 2005-ci ildə bu ölkə təşkilatdan çıxdığını elan edib. GUAM-ın sonuncu sammiti 2005-ci ilin aprelində Kişinyovda keçirilib. Burada GUAM-ın bazasında ofis və digər strukturları olan mükəmməl regional təşkilatın yaradılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti