...

Spiker Böyük Britaniyanın baş auditorunu qəbul edib

Siyasət Materials 5 Aprel 2006 19:17 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın baş auditoru Con Bourn aprelin 5-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Oqtay Əsədov qonağa ölkədə həyata keçirilən iqtisadi islahatlar, büdcə gəlirlərinin artımı, dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin təşkili və bu işdə Milli Məclisin və Hesablama Palatasının rolu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın Hesablama Palatası parlamentlə birgə çalışır və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Amma bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir. Böyük Britaniyanın Milli Audit Ofisinin iş təcrübəsinin öyrənilməsi, kadr hazırlığı və digər sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirilməlidir.

Con Bourn bildirib ki, səfərdə məqsəd Azərbaycanın Hesablama Palatası ilə Böyük Britaniyanın Milli Audit Ofisi arasında imzalanan qarşılıqlı anlaşma memorandumunun bəzi prinsiplərini müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti