...

Asiyada etimad müşavirəsinin növbəti sammiti iyunda keçiriləcək

Siyasət Materials 12 Aprel 2006 12:08 (UTC +04:00)

Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin növbəti sammitinin 2006-cı ilin iyununda keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Sammitdə hərbi-siyasi, iqtisadi, mədəniyyət və ekologiya sahələrində əməkdaşlıq, regionda təhlükəsizliyin və etimadın möhkəmlənməsi ilə bağlı kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, sammitdə dövlət başçıları təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş Katiblik və etimad tədbirləri kataloqunun gerçəkləşdirilməsi mexanizmləri haqqında Əsasnaməni təsdiqləməlidir.

Sammitin keçirilmə tarixi artıq təşkilata üzv ölkələrə, o cümlədən Azərbaycana təqdim olunub və hazırda razılaşdırılma mərhələsindədir.

Təşkilat 1992-ci ildə Qazaxıstan prezidenti Sultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. Təşkilata üzv ölkələrin birinci sammiti 2002-ci ilin iyununda keçirilib. Təşkilata 16 dövlət - Əfqanıstan, Azərbayan, Türkiyə, Misir, Hindistan, İsrail, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Özbəkistan daxildir. İndoneziya, Malayziya, ABŞ, Cənubi Koreya, Yaponiya, Ukrayna, Vyetnam isə müşahidəçi statusuna malikdir. Təşkilatda, həmçinin BMT, ATƏT, Ərəb Dövlətləri Liqası kimi bir sıra beynəlxalq təşkilatlar da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti