...

Oqtay Əsədov Maurisio Pavessini qəbul edib

Siyasət Materials 13 Aprel 2006 17:08 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov aprelin 13-də ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbəri Maurisio Pavessini qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Parlamentin rəhbəri bildirib ki, Azərbaycanda sivil, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Avropa dəyərlərinə yiyələnmək üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də ATƏT və onun strukturları ilə sıx əməkdaşlıq edilir.

Sonra Oqtay Əsədov ötən ilin noyabrında parlament seçkiləri zamanı yol verilmiş pozuntuları aradan qaldırmaq istiqamətində görülmüş işlər, seçki sistemini təkmilləşdirmək sahəsində əldə olunmuş nailiyyətlər, may ayında təkrar seçkilərin tam demokratik, azad, şəffaf və ədalətli keçirilməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verib.

Maurisio Pavessi ATƏT-in Azərbaycanda həyata keçirilən islahatları diqqətlə izlədiyini bildirib, qazanılmış uğurların qənaətbəxş olduğunu vurğulayıb.

Görüşdə təkrar parlament seçkiləri, ölkədə söz, mətbuat, insan hüquq və azadlıqları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti