...

Azərbaycan prezidenti Azərbaycan–ABŞ Ticarət Palatasının biznes və investisiyalar üzrə 6-cı konfransında çıxış edəcək

Siyasət Materials 18 Aprel 2006 14:45 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a səfəri çərçivəsində Azərbaycan-ABŞ Ticarət Palatasının biznes və investisiyalar üzrə 6-cı konfransında çıxış edəcək.

Trend in Palatanın press-relizinə istinadən yaydığı məlumata görə, konfransın mövzusu "ABŞ-la Azərbaycan arasında strateji münasibətlər: siyasi və kommersiya prioritetləri"dir.

"Bu konfrans Amerikanın işgüzar dairələrinə Azərbaycanda və Xəzər regionunda ticarət və investisiya imkanları barədə cari informasiyanı əldə etməyə imkan verəcək. Öz çıxışında prezident İlham Əliyevin ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı üzrə mühüm təkliflərlə çıxış etməsi mümkündür ki, bu da gələcək işgüzar əməkdaşlıq üzrə planların işlənməsi üçün yaxşı zəmin ola bilər",- deyə Ticarət Palatasının həmsədri Ceyms A. Baker bəyan edib.

Onun fikrincə, Azərbaycanla ticarətin mümkünlüyündə maraqlı olan hər bir Amerika şirkəti bu tədbirdə iştirak etməlidir.

Konfrans Azərbaycan və Xəzər regionu barədə yeni məlumatlar əldə etməyə, Azərbaycan hökumətinin nümayəndələri və ölkənin işgüzar dairələri ilə görüşməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti