Aprelin 19-da İran İslam Respublikasının müdafiə naziri Mustafa Məhəmmədi Həcca Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.
Mustafa Məhəmmədi Həccanın səfər proqramına görə, o, aprelin 19-da müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşəcək.
Aprelin 20-də isə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət mərasimi olacaq. Elə həmin gün dövlət başçısı İlham Əliyevlə, Milli Məclisin spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər planlaşdırılıb.
Aprelin 21-də İranın müdafiə nazirinin səfəri başa çatacaq və o, öz ölkəsinə qayıdacaq.
İ.Verdiyev onu da bildirib ki, Mustafa Məhəmmədi Həccanın səfərinin məqsədi iki ölkənin hərbi sahədəki vəziyyəti ilə bağlı müzakirələr apamaqdır.