...

Təkrar seçkilərdə istifadə olunacaq seçki bülletenlərinin forması, mətni və sayı təsdiq edilib

Siyasət Materials 18 Aprel 2006 18:03 (UTC +04:00)

Mayın 13-nə təyin olunmuş təkrar parlament seçkilərində istifadə olunacaq seçki bülletenlərinin forması, mətni və sayı təsdiq edilib. Trend in məlumatına görə, bu barədə MSK tərəfindən aprelin 18-də qərar çıxarılıb.

MSK-nın iclasında komissiyanın katibi Natiq Məmmədov təkrar parlament seçkilərində seçki bülletenlərinin forması, mətni və sayının təsdiq olunması barədə məlumat verib. O, bu formaların MSK-nın qərar layihəsində əksini tapdığını deyib və əlavə edib ki, həmin sənədlər Milli Məclisin mətbəəsində çap olunmalıdır. Təkrar parllament seçkisində istifadə olunacaq seçki bülletenlərinin forması, mətni və sayının əks olunduğu qərar layihəsi səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, bülletenlərin sayı təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsi üzrə seçicilərin sayı qədərdir. Bülletenlər Milli Məclisin mətbəəsində çap olunacaq və dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına göndərilcək.

Xəbər lenti

Xəbər lenti