...

Qazaxıstanın baş naziri İƏT-in zirvə görüşündə iştirak edəcək

Siyasət Materials 19 Aprel 2006 15:17 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 4-5-də Bakıda keçiriləcək zirvə görüşünə Qazaxıstanın baş naziri Daniyal Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti gələcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Yerjan Mukaş bildirib.

Müşavir onu da qeyd edib ki, Qazaxıstanın baş naziri Azərbaycanın prezidenti və baş naziri ilə görüşəcək: "Nümayəndə heyətinin tərkibinə Qazaxıstanın dövlət orqanlarının rəhbərləri və onların müavinləri daxil olacaq. Görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunacaq".

Səfirliyin rəsmisi onu da bildirib ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulmaq niyyətindədir. Bu məsə ilə bağlı hökumətlərarası danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti