...

Mustafa Məhəmməd Nəccar: İran istənilən təhlükənin qarşısını almağa hazırdır

Siyasət Materials 20 Aprel 2006 12:42 (UTC +04:00)
Mustafa Məhəmməd Nəccar: İran istənilən təhlükənin qarşısını almağa hazırdır

Ümid edirəm ki, Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev amerikalılara İranla bağlı münasibətdə öz mövqeləri barədə yaxşı düşünməyi anlada biləcək. Trend in verdiyi məlumata görə, belə bir bəyanatla aprelin 20-də İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü başa çatdıqdan sonra çıxış edib.

Lakin M.Nəccarın sözlərinə görə, İran heç zaman ABŞ-la qarşılıqlı münasibətlərində vasitəçilər axtarmayıb. "Azərbaycan prezidenti bir sıra məsələlərə, o cümlədən regional xarakterli məsələlərə toxundu. Amma bu günə kimi biz (İran - Trend in qeydi) heç vaxt vasitəçilik xidmətləri axtarmamışıq", -deyə Mustafa Məhəmməd Nəccar əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton artıq 27 ildən bəridir ki, Tehrana təzyiq göstərir, lakin İran ABŞ nümayəndələrinin verdikləri bəyanatlardan çəkinmir. "Biz istənilən təhlükəni ləğv etməyə hazırıq",- deyə İranın Müdafiə Nazirliyinin rəhbəri bəyan edib.

"Azərbaycan İranla dost, qonşu ölkədir və Tehran Bakı ilə əlaqələrin inkişafında maraqdlıdır",-deyə iranlı nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti