...

Asim Mollazadə: "Uydurma erməni təbliğatının qarşısına tarixi sənədlər qoymaq lazımdır"

Siyasət Materials 24 Aprel 2006 13:18 (UTC +04:00)

"Ermənilərin qondarma "soyqırım" iddialarını ifşa etmək üçün Türkiyə bütün mümkün tədbirləri görməli, o cümlədən də arxivlərini dünya ictimaiyyətinə açmalıdır". Bu fikirləri Trend ə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

O qeyd edib ki, Ermənistan və başqa ölkələrdəki erməni lobbisi dünya ictimaiyyətini özlərinin qondarma iddialarına inandırmaq üçün beynəlxalq miqyasda məqsədyönlü şəkildə iş aparırlar. A.Mollazadə əlavə edib ki, bunun nəticəsi olaraq artıq bir sıra dövlətlərin parlamentlərində də qondarma "soyqırım"la bağlı sənədlər qəbul olunub: "Uydurma erməni təbliğatının qarşısına obyektiv araşdırmalar nəticəsində tarixi sənədlər qoymaq lazımdır. Həm də nəzərə almalıyıq ki, qondarma "erməni soyqırımı"nı dünyada tanıtmaq cəhdləri Ermənistanın rəsmi xarici siyasətidir. Azərbaycan da 1918-ci ildə, 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarını beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmalıdır".

Xəbər lenti

Xəbər lenti