...

Avropa Qonşuluq Siyasəti üzrə danışıqların növbəti mərhələsi may ayında Bakıda keçiriləcək

Siyasət Materials 24 Aprel 2006 18:30 (UTC +04:00)

Avropa Komissiyasının Azərbaycan hökuməti ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli Fəaliyyət planının razılaşdırılması üzrə danışıqlarının 4-cü mərhələsi mayda Bakıda keçiriləcək. Bu barədə Trend ə Azərbaycana Avropa Birliyinin Texniki Yardım Proqramının (TASİS) əlaqələndirmə bürosundan məlumat verilib. AB-nin danışıqlar qrupuna Avropa Qonşuluğu üzrə İdarənin rəhbəri Kurt Culun rəhbərlik edəcəyi gözlənilir.

Bundan əvvəlki mərhələdə aparılan danışıqlar çərçivəsində iqtisadi blok üzrə müzakirələr tam başa çatıb. Siyasi və digər aspektlərin müzakirəsi qalıb. Fəaliyyət planı üzrə bütün müzakirələr və razılaşdırmalar 2006-cı il ərzində başa çatmalıdır.

Belə zərurət AB TASİS proqramının bu il tam bağlanması ilə əlaqədardır. Buna baxmayaraq, bu proqram çərçivəsində layihələrin reallaşdırılması hələ 4 il davam edəcək. AB ilə gələcək əməkdaşlıq Avropa Qonşuluq Siyasəti əsasında qurulacaq.

Azərbaycanın Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası yanında bu siyasətin hazırlanması prosesi çərçivəsində 7 işçi qrupu fəaliyyət göstərir.

İndiyə kimi AB TASİS proqramı çərçivəsində regional layihələr çərçivəsində yardımlar nəzərə alınmadan Azərbaycana 419 mln. avro məbləğində yardım olunacaq.

Xəbər lenti

Xəbər lenti