...

Əli Həsənov: "ABŞ-ın Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiqlər göstərməsinə ümid edir və bunu umuruq"

Siyasət Materials 26 Aprel 2006 13:04 (UTC +04:00)

"ABŞ-ın Dağlıq Qarabağ məsələsində Ermənistan tərəfinə təzyiqlər göstərməsinə ümid edir və ABŞ-dan bunu umuruq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O, qeyd edib ki, Cənubi Qafqaz regionunda, Xəzər və Qara Dəniz hövzəsində baş verən istənilən hadisə həm region ölkəsi kimi Azərbaycanın, həm də bütün dünyada marağı olan fəvqəldövlət dövlət kimi ABŞ-ın maraq dairəsindədir. Ona görə də hazırda ABŞ-da rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə bu ölkənin rəhbəri arasında danışıqlarda Cənubi Qafqaz regionunda enerji, təhlükəsizlik mövzuları, həmçinin İranla bağlı məsələlər müzakirə olunacaq və qarşılıqlı şəkildə tərəflər öz mövqelərini bildirəcəklər.

"ABŞ həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Biz həm ümid edir, həm də umuruq ki, ABŞ Ermənistan hakimiyyətinə təzyiqləri artıracaq, beynəlxalq hüquq normaları çərçivəsində danışıqların intensivləşdirilməsinə dəstək verəcək və eyni zamanda erməni tərəfinin konstruktiv mövqeyə gəlməsinə çalışacaq"- deyə Əli Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti