...

Azərbaycan Ziyalılar Hərəkatı mayın 15-dək II forumunu keçirəcək

Siyasət Materials 28 Aprel 2006 18:37 (UTC +04:00)

Azərbaycan Ziyalılar Hərəkatı (AZH) mayın 15-dək II forumunu keçirəcək. Bu barədə Trend ə AZH lideri Eldəniz Quliyev bildirib.

Qeyd edək ki, AZH I forumunu 2005-ci il 6 noyabr parlament seçkilərindən öncə keçirmişdi.

E.Quliyev bildirib ki, II forumunu keçirməkdə məqsədləri demokratik düşərgəni bir güc mərkəzində birləşdirməkdir: "Həmişə deyirlər ki, hansısa bir məsələdə ziyalılar fikirlərini bildirməyiblər, ziyalılar özlərini cəmiyyətdə baş verən proseslərdən kənarda saxlayırlar. Biz bu suallara cavab vermək üçün forumu keçirmək istəyirik. Artıq bununla bağlı təşkilat komitəsi yaradılıb".

AZH lideri onu da bildirib ki, növbəti forumda ABŞ-İran münasibətləri, müxalifət-iqtidar münasibətləri və s. məsələlər müzakirə obyekti olacaq: "İqtidar, müxalifət, xarici səfirliklərin nümayəndələri və QHT rəhbərləri foruma dəvət olunacaqlar". E.Quliyev onu da vurğulayıb ki, maddi vəsait taparlarsa, forumu Mədəniyyət Mərkəzlərinin birində keçirəcəklər. İmkanları olmasa, forum Beynəlxalq Mətbuat Mərkəzində düzənlənəcək.

AZH-də ölkənin tanınmış mədəniyyət, elm və incəsənət xadimləri təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti