...

Ekologiya Nazirliyi Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindəki ekoloji terrora lazımi diqqət olmamasını bəyan edir

Siyasət Materials 28 Aprel 2006 19:16 (UTC +04:00)
Ekologiya Nazirliyi Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindəki ekoloji terrora lazımi diqqət olmamasını bəyan edir

Azərbaycanın işğal olunmuş ərazidərində ekoloji terror faktına lazımi diqqət ayrılmır. Belə rayonlardan biri dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlıdır. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Sənədddə qeyd olunur ki, öz mənbəyini Ermənistandan götürən və Arazın sol qolu olan Bərgüşad çayına çirkab suları axıdılır, çaydakı balıq növləri erməni işğalçıları tərəfindən mənimsənilir. Əksər hallarda balıqların kütləvi şəkildə kimyəvi maddələr vasitəsilə qırılmasına da yol verilir.

Qu¬badlı rayonunda dövlət meşə fondunun sahəsi 13160 hektar təşkil edir. Meşələrdə qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclar var. "İndi Qubadlı rayonunun bütün təbii ehtiyatlarından ermənilər gəlir mənbəyi kimi sərbəst şəkildə istifadə edir, faydalı qazıntı yataqları böyük dağıntıya məruz qalır" - deyə məlumatda bildirilir.

Şahidlərin dediyinə görə, ermənilər meşələri qırıb odun və inşaat materialları kimi istifadə edirlər. "Bütün bu faktlar təkcə Qubadlıya deyil, erməni işğalı altında bütün arazilərə aiddir", - deyə məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti