Aprelin 29-da Bakıda Avropa Şurasının (AŞ) və Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) təşəbbüsü ilə 2006-cı il mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçki üzrə yüksək səviyyədə görüş keçirilib. Trend in verdiyi məlumata görə, görüşdə Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin AŞPA-dakı parlament nümayəndə heyətinin üzvləri, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, digər rəsmi strukturların nümayəndələri iştirak edib.
Tədbirdə həmçinin, AŞPA-ının mmüşahidə missiyasının rəhbəri Leo Platvoet, dövlət səfirləri, AŞ-nın üzvü olan dövlətlərin səfirləri və AŞ Venesiya Komissiyasının əməkdaşları da iştirak ediblər.
Müzakirələr zamanı çıxış edən L.Platvoet deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanda may seçkiləri ilə bağlı nikbinliyi qoruyub saxlayırlar. Lakin onun sözlərinə görə, respublikanın Seçki Məcəlləsində (SM) dəyişikliklər etmək üçün hələ vaxtı var. "Azərbaycan hökuməti seçki təcrübəsinin təkmilləşdirilməsi məqsədilə VK-na texniki yardım, eləcə də SM-nin 170.2 maddəsində dəyişikliklər etmək barədə müraciət etməlidir", -deyə AŞPA-nın müşahidə missiyasının rəhbəri qeyd edib.
Qeyd edək ki, yuxarıda göstərilən maddə pozuntuların 40%-dən artıq olmadığı seçki məntəqələrində səsvermənin nəticələrinin qüvvədə qalmasının mümkünlüyünü nəzərdə tutur.
Eyni zamanda, missiyanın rəhbəri Azərbaycanda seçkilər üzrə AŞ-nın Fəaliyyət Planının seçki arasındakı dövrdə deyil, yalnız seçki gününə kimi qəbul edilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində, respublika MSK-nın rəhbəri Məzahir Pənahov Azərbaycanda təkrar seçkilərə hazırlıqla bağlı MSK tərəfindən həyata keçirilən işlərdən danışıb. "Biz əhali arasında maarifləndirmə işlərinin aparılmasına böyük diqqət ayırırıq və bu da seçicilərin səsvermədə iştirakının faizini artırmağa imkan verəcək. Eləcə də seçici siyahılarının hazırlanması amili də az əhəmiyyətli deyil", -deyə MSK sədri bildirib və Azərbaycan MSK bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.