...

Azərbaycan prezidenti Bakıya qayıdıb

Siyasət Materials 29 Aprel 2006 13:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham ƏliyevABŞ-a üçgünlük rəsmi səfərini başa vuraraq aprelin 29-da Bakıya qayıdıb.

Trend in xəbər verdiyi kimi, Vaşinqtona səfərinin sonuncu günü İlham Əliyev ABŞ prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni, müdafiə naziri Donald Ramsfeldlə danışıqlar aparıb. Bünlardan əlavə, Vaşinqtonda olduğu müddətdə dövlət başçımız energetika naziri Samuel Bodman, ticarət naziri Karlos Qutyerres, ABŞ dövlət katibinin birinci müavini Robert Zollik və müavini Karen Hyuz, ABŞ Milli Kəşfiyyat idarəsinin direktoru Con Neqroponte, ABŞ Konqresinin nümayəndələr palatasının sədri Denis Haster, Azərbaycan və yəhudi icmaları, qeyri-hökumət təşkilatlarının üzvləri ilə görüşüb.

İlham Əliyevin ABŞ-da olduğu müddət ərzində Amerika-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə "Amerika-Azərbaycan strateji əlaqələri: siyasi və iqtisadi prioritetlər" mövzusuna həsr olunmuş 6-cı biznes və investisiya konfransı keçirilib.

Xəbər lenti

Xəbər lenti