...

MSK-da qeydə alınan yerli müşahidəçilərin sayı 614 nəfərə çatıb

Siyasət Materials 2 May 2006 13:29 (UTC +04:00)

Təkrar parlament seçkilərini müşahidə etmək üçün MSK tərəfindən qeydiyyata alınan yerli müşahidəçilərin sayı 614 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib. Qeyd edək ki, 3 gün əvvəl MSK-da qeydə alınan müşahidəçilərin sayı 482 nəfər idi. Dairə seçki komissiyaları tərəfindən isə qeydə alınan müşahidəçilərin sayı 1130 nəfəri keçib.

MSK-dan həmçinin bildirilib ki, təkrar parlament seçkiləri ilə bağlı komissiyada qaynar telefon xətti fəaliyyətini davam etdirir. Belə ki, hər gün onlarla seçici onları narahat edən problemlərlə bağlı, həmçinin hüquqi məsləhət almaq üçün və digər məsələlərlə bağlı "qaynar xətt"ə müraciət edir. MSK-nın nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin qaynar elektron xətti də ([email protected] ) əvvəlki seçkilərdə olduğu kimi, seçicilərin ixtiyarındadır.

Xəbər lenti

Xəbər lenti