...

Oruc Zalovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada ikigünlük işgüzar səfərdə olub

Siyasət Materials 6 May 2006 11:35 (UTC +04:00)

Mayın 4-5-də Iyanada "Avropa İttifaqı ilə qonşu dövlətlər arasında münasibətlərdə daxili təhlükəsizliyin rolu" mövzusunda nazirlər konfransı keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

60-dan çox ölkənin daxili işlər və ədliyyə nazirlərinin iştirakı ilə keçirilən konfransda ölkəmizi daxili işlər nazirinin müavini general-leytenant Oruc Zalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın keçirilməsində əsas məqsəd terrorizmə, mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya və korrupsiyaya qarşı mübarizədə Avropa İttifaqı ilə qonşu ölkələr, o cümlədən Aİ-nin Yeni qonşuluq siyasətinə qoşulmuş dövlətlər arasında əməkdaşlığı gücləndirmək məsələlərini müzakirə etmək olub.

O.Zalov gündəliyin iki bəndinə - terrorizmə qarşı mübarizə və qeyri-qanuni miqrasiya mövzularına dair çıxışlar edib, Azərbaycanda bu istiqamətlərdə görülmüş işlər, o cümlədən müvafiq hüquqi bazanın yaradılması, hüquq-mühafizə tədbirləri haqqında danışıb. Azərbaycan nümayəndəsinin çıxışı böyük maraqla qarşılanıb.

Konfransdakı çıxışlarda terrorizm və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə sərhədlərin mühafizəsinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti